AZ

İran İsrailin hücumunu gözlədiyi bir vaxtda Rusiyadan yardım istəyib - NYT

İran oktyabrın 1-də Tehranın kütləvi raket hücumuna cavab olaraq İsrailin mümkün zərbəsinə hazırlaşır və Rusiyadan peyk kəşfiyyatı ilə bağlı yardım istəyib.

Qaynarinfo "The New York Times"a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan iki İran rəsmisi bildirib.

Müharibə planı ilə tanış olan və açıq danışmaq səlahiyyəti olmayan iki iranlı rəsminin sözlərinə görə, İran İsrailin hücumu öncəsi Rusiyadan peyk kəşfiyyatı sahəsində əməkdaşlıq istəyib.

NYT bu məsələ ilə bağlı başqa heç bir təfərrüat vermir. Rusiyanın bu müraciətə cavab verib-vermədiyi də məlum deyil.

Nizami Bağırov
Seçilən
88
6
qaynarinfo.az

10Mənbələr