AZ

Rusiya Prezidentinin köməkçisi: "ABŞ və Qərb Cənubi Qafqaza nüfuz etməyə çalışır"

"ABŞ və bir sıra Qərb dövlətləri Rusiya Federasiyasının fəal iştirakı ilə hazırlanmış nizamlanma prosesində iştirak etmək bəhanəsi ilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışırlar".

Sitat.info Oxu.Az-a istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Birləşmiş Ştatlar və bir sıra digər Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzərindəki iş prosesinə nüfuz etməyə çalışırlar. Biz hesab edirik ki, bütün ilkin işlər artıq Moskvada görülüb. Ermənistan və Azərbaycan arasında hətta ikitərəfli danışıqların iştirakçıları belə bütünlüklə Qərbin bu rolunu və danışıqlar prosesinə daxil olmaq cəhdlərini alqışlamırlar", - diplomat deyib.

"Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti də birmənalı qarşılanmır və təəssüf ki, bu missiya genişlənir", - deyə Uşakov bildirib.

Seçilən
113
1
sitat.info

10Mənbələr