ABŞ prezidenti Co Bayden administrasiyası ABŞ-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar iğtişaşların təhlükəsindən narahatdır.
Qaziler.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jan-Pyerenin sözlərini RİA “Novosti” sitat gətirib.
“Prezidentlə mən və bir çox başqaları 2021-ci il yanvarın 6-da gördüklərimizdən danışırıq (iğtişaşlar və Kapitoliyə hücum). Aydındır ki, biz həmişə narahatıq”, - deyə o bildirib
O qeyd edib ki, Bayden ABŞ prezidenti kimi fəaliyyətinin qalan aylarında “demokratiyanı müdafiə etmək və qorumaq” üzərində işləmək niyyətindədir.
QAZİLER.AZ