AZ

“ABŞ seçkilərində yorğunluq hiss olunacaq” – Peveril Squire

 

“Seçki kampaniyasında sosial medianın rolunun nə qədər olduğunu anlamaq o qədər də çətin deyil”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-də keçiriləcək prezident seçkilərində ənənəvi media və sosial medianın rolundan danışan Missuri Universitetinin politologiya üzrə eksperti Peveril Squire deyib.

Onun sözlərinə görə, hazırda yaşlı nəslin də müəyyən qədər istifadə etdiyi sosial şəbəkələrin ən aktiv istifadəçiləri gənclərdir. “İnsanların ünsiyyət qurmasının müasir dövrdə bir çox müxtəlif yolları var. Düzdür, sosial şəbəkələr və müxtəlif platformalardan daha çox gənclər anlayışlıdır. Buna baxmayaraq, yaşlı nəslin nümayəndələrini də unutmaq olmaz.

Bu amil nəzərə alındıqda isə seçki kampaniyasında sosial medianın rolunun nə qədər olduğunu anlamaq o qədər də çətin deyil”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, ABŞ-də kampaniyalar beynəlxalq standartlara görə çox uzundur. “Buna görə də istər-istəməz yorğunluq hiss olunacaq. Yorğun seçiciləri seçkiyə cəlb etmək üçün isə namizədlər istənilən formada hiylə işlədərək, onları təşviq etməlidir. Təcrübələrdən də göründüyü kimi, ən yaxşı təşviqat taktikası məhz təmaslardır. Belə ki, şəxsi təmas nə qədər çox olsa, təsiri də bir o qədər çox olur. Eyni zamanda, namizədlər podkasta gedə və müəyyən qədər insanla danışa bilərlər. Həmçinin müxtəlif proqramlara qoşularaq, təşviqat kampaniyasını aparmaq lazımdır. Bunun üçün sonsuz sayda imkanlar var”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
103
50
yenicag.az

10Mənbələr