AZ

Bu halda Putin artıq Kiyevdə oturacaqdı – Harris

ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Kiyevin iştirak etmədiyi təqdirdə Ukraynada müharibəyə son qoymaq üçün Putinlə şəxsən görüşüb danışıqlar aparmağın mümkünlüyünü istisna edib.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Onun sözlərinə görə, o, Putinlə Ukraynasız ikitərəfli əsasda görüşməyəcək:

“Kiyev Ukraynanın gələcəyi ilə bağlı öz sözünü deməlidir”.

Harris ABŞ prezidentliyinə namizəd Donald Trampın Ukraynadakı müharibəni tez bir zamanda dayandıracağı ilə bağlı açıqlamalarını tənqid edib:

“Tramp prezident olsaydı, Putin indi Kiyevdə oturardı. O deyir ki, müharibəni elə ilk gündə bitirə bilər. Bunun nə məna verdiyini bilirsinizmi? Bu, təslim olmaq deməkdir”.

Seçilən
56
50
axar.az

10Mənbələr