NATO-nun baş katibi Mark Rutte ölkələri müdafiəyə daha çox pul xərcləməyə çağırıb. AFN.az xəbər verir ki, Rutte bu barədə Finlandiya prezidenti Alexander Stubb ilə birgə mətbuat konfransında bildirib.“NATO daha da sürətlə hərəkət etməlidir. Bizim daha çox yaxşı təchiz olunmuş hərbi qüvvələrə, daha güclü transatlantik müdafiə sənayesinə, artan müdafiə sənayesi potensialına, daha çox investisiya və innovasiyaya və güclü təchizat zəncirinə ehtiyacımız var”, - deyə o, müdafiəyə daha çox pul xərcləmək lazım olduğunu bildirib.Rutte onu da əlavə edib ki, alyans Ukraynaya kömək etməyə davam edəcək.Öz növbəsində Stubb bildirib ki, Finlandiya vaxt gələndə NATO-ya inteqrasiya yolunda da daxil olmaqla Ukraynanı qəti şəkildə dəstəkləməyə davam edəcək. O, həmçinin Rusiyanı bütün Avropa və onun hüdudlarından kənarda alyans və Finlandiya üçün əhəmiyyətli və birbaşa təhlükə adlandırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta