Paşinyan son aylarda davamlı olaraq Azərbaycanla nəzərdə tutulan sülh saziş layihəsinin 80 faizinin razılaşdırıldığını əsas gətirərək sənədin yaxın bir zamanda imzalanmasını bəyan etməkdədir. Oktyabrın 8-də Moskvada MDB dövlət başçılarının Şura iclasında çıxış edən Paşinyan Azərbaycanla sülh sazişi məsələsinə toxunaraq bir daha bəyan etdi ki, İrəvan oktyabrda Azərbaycanla sülh sazişi bağlamağa hazırdır. O bu fikrini belə əsaslandırmağa çalışdı ki, həm İrəvan, həm də Bakı ötən aylarda “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin azı 80 faiz razılaşdırıldığını bəyan ediblər. Belə olan halda sülhün imzalanması üçün elə də ciddi maneə qalmayıb və İrəvan bu ay, yəni oktyabrda sənədi imzalamağa hazırdır. Yerdə qalan razılşadırılmamış məsələlər üzərində isə iş davam etdirilisin.
Paşinyanın fikrincə, bununla yalnız de-fakto, həm də de-yure olmadan sülh əldə olunsun. Yəni "yarımçıq sülh". Yarımçıq sülh isə başa çatmayan müharibə və ya yeni münaqişənin başlanması üçün zəmin demək olar.
Paşinyan bir yandan deyir ki, İrəvanla Bakı arasında sülh imzalasın, bir yandan regionda vəziyyəti dəyişəcək, digər tərəfdən də istər-istəməz razılaşdırılmalı və yeni sazişlər imzalanmalı olan mühüm fundamental məsələlər qalacaq.
Yəni Paşinyanın əsas istəyi ondan ibarətdir ki, nə olur-olsun təcili sülh müqaviləsi imzalansın və orada tərəflər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıyaraq, gələcəkdə bir-birlərinə qarşı ərazi iddiaları ilə çıxış etməmək öhdəliyi götürsün. Tərəflər eyni zamanda üzərilərinə gücdən istifadə və güc tətbiq etməklə hədələmə, bir-birinin daxili işlərinə qarışmaması kimi öhdəliklər götürsün.
Buna da deyərlər, dəyişməyən erməni xisləti və erməni hiyləgərliyi... İrəvan gəlişi gözəl ifadələrlə beynəlxalq aləmi aldadaraq manipulyasiyaya can atır.
Azərbaycan da bu erməni xisləti və hiyləgərliyinin altında nə yatdığını yaxşı başa düşür. Uzaq tarixə getmədən son dörd ildəki tarixə nəzər salmaq yetər ki, Ermənistan sülhlə bağlı üzərinə götürdüyü öhədliklərdən sonradan necə boyun qaçırıb. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sülh bəyanatının 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Lakin İrəvan sonradan üzərinə götürdüyü bu bəndi yerinə yetirməkdən imtina etdi.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Qarabağdakı terrorçu və silahlı qruplaşmaları Azərbaycan ərazisindən çıxarmaq barədə üzərində öhdəlik götürdü, lakin biz İrəvan tərəfinin həmin qüvvələri çıxarmaq əvəzinə onları silahlandırıb yeni revanşizm hərətkələrinə əl atmağa çalışdığını görmüşük. Nəticə də hamıya bəllidir. Belə olan halda kimsə İrəvanın sülh bəyanatının səmimiyyətinə inana və ya günün birində sülh şərtlərindən imtina etməyəcəyinə zəmanət verə bilər.
Yarımçıq sülh növbəti revanşizmə, işğalçılığa və müharibəyə xidmət etdiyindən Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də Bakı İrəvanla normallaşma prosesinin başa çatdırılması üçün Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə hüquqi müstəvidə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməsini irəli sürür. Bakının bu şərtini bütün platformalarda səsləndirir. Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı İrəvanın bu hiyləgər siyasətinin arxasında dayanan məqamlara toxunaraq bəyan edib ki, Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesinə xələl gətirir. "Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Qonşulara qarşı irredentizm və ərazi iddialarının səbəb olduğu bu qədər ağrı və iztirablardan sonra "yarımçıq sülh" seçim ola bilməz”, - Bayramov qeyd edib.
Amma nə Ermənistan tərəfi, nə də onların başda ABŞ olmaqla qərbli havadarları unutmalıdırlar ki, bu hiyləgər taktikalarla razılaşdırılmamış məsələləri gündəmdən çıxarıb arxa plana keçirə bilməyəcəklər. Ermənistanın qərbli havadarlarının, xüsusən də ABŞ tərəfinin son günlərdə bu məqsədlə Azərbaycana qarşı başlatdığı təzyiq və təhdid kampaniyası yenə də iflasa uğrayacaq. Əgər ermənipərəst amerikalı konrqesmenlər 30 ildə bu niyyətlərinə nail ola bilmədilərsə, bundan sonra da bu istəklərini reallaşdıra bilməyəcəklər.
Azərbaycan Prezdenti İlham Əliyev yenə də uzaqgörən siyasəti və mahir diplomatik "qambit gedişi" qaydası ilə qarşı tərəfi məğlubiyyətə uğradacaq. Necə ki, biz Azərbaycan Prezidentinin son illərdə dəfələrlə belə "qambit gedişi" ilə rəqibləri tərksilah və məğlub etdiyinin şahidi olmuşuq.
Mürtəza Bünyadlı
Ölkə.Az