Bakı. Trend:
ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilətelefon danışığında BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinintəhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.
Trend-in məlumatına görə, bu barədə L.Ostin sosil şəbəkəhesabında yazıb.
O, həmçinin təsdiq edib ki, ABŞ "Amerika personalını,tərəfdaşlarını və müttəfiqlərini İran və onun dəstəklədiyiqrupların hücumlarından qorumağa hazırdır".
L.Ostin və Y.Qalant İsrailin Livanın "Hizbullah" hərəkatı vəHƏMAS ilə münaqişəsinin genişlənməsinə icazə verilməməsi ilə bağlırazılığa gəliblər, həmçinin Qəzza zolağında humanitar vəziyyətinhəlli üçün "təcili addımlar"ı müzakirə ediblər.
L.Ostin "İsrailin özünümüdafiə hüququna birmənalı dəstəyinitəkrarladı və ABŞ-nin həm Livan, həm də İsrail mülki şəxslərininevlərinə təhlükəsiz qayıtmasını təmin edəcək diplomatik razılaşmayasadiqliyini bir daha təsdiqlədi".