ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə telefon danışığında BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə L.Ostin sosial şəbəkə hesabında yazıb.
O, həmçinin təsdiq edib ki, ABŞ "Amerika personalını, tərəfdaşlarını və müttəfiqlərini İran və onun dəstəklədiyi qrupların hücumlarından qorumağa hazırdır".
L.Ostin və Y.Qalant İsrailin Livanın "Hizbullah" hərəkatı və HƏMAS ilə münaqişəsinin genişlənməsinə icazə verilməməsi ilə bağlı razılığa gəliblər, həmçinin Qəzza zolağında humanitar vəziyyətin həlli üçün "təcili addımlar"ı müzakirə ediblər.
L.Ostin "İsrailin özünümüdafiə hüququna birmənalı dəstəyini təkrarladı və ABŞ-nin həm Livan, həm də İsrail mülki şəxslərinin evlərinə təhlükəsiz qayıtmasını təmin edəcək diplomatik razılaşmaya sadiqliyini bir daha təsdiqlədi".