AZ

Bəzi bölgələrə leysan yazıb — FAKTİKİ HAVA

Oktyabrın 12-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, oktyabrın 12-si saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Qubada 4 mm, Qax (Sarıbaş), Gədəbəydə 3 mm, Şabran, Balakəndə 2 mm, Daşkəsən, Xaltan, Zaqatala, Şəki, İsmayıllı, Şəmkir, Cəfərxan, İmişli, Lənkəran, Gəncə, Goranboy, Ceyrançöl, Ağdam, Qusar, Şahdağ, Şahbuzda 1 mm olub.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Culfada 17 m/s-dək güclənib.

Lerik, Qrız, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Altıağac, Balakən, Şəki, Şəmkir, Naftalan, Göygöl, Daşkəsən, Gəncədə duman müşahidə olunub.

Seçilən
40
33
demokrat.az

10Mənbələr