Oktyabrın 12-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qubada 4 mm, Qax (Sarıbaş), Gədəbəydə 3 mm, Şabran, Balakəndə 2 mm, Daşkəsən, Xaltan, Zaqatala, Şəki, İsmayıllı, Şəmkir, Cəfərxan, İmişli, Lənkəran, Gəncə, Goranboy, Ceyrançöl, Ağdam, Qusar, Şahdağ, Şahbuzda 1 mm olub.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Culfada 17 m/s-dək güclənib.
Lerik, Qrız, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Altıağac, Balakən, Şəki, Şəmkir, Naftalan, Göygöl, Daşkəsən, Gəncədə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 31, Aran rayonlarında 26, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb