KXDR hərbçiləri ölkəni Koreya yarımadasının cənubu ilə birləşdirən yolların Kyonison və Donghae xətləri boyunca hissələrini partladıblar.
“Yonhap” bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinin məlumatlarına istinadən xəbər yayıb.
Birinci yol Kyonison xətti Koreya yarımadasının qərbində yerləşir və Kesonq (KXDR) və Paju (Cənubi Koreya) şəhərlərini birləşdirir. İkinci xətt, Donghae, Yapon dənizinin sahillərində yerləşir. Cənubi Koreya ordusu döyüş hazırlığının artdığını bildirib.
Birləşmiş Qərargah Rəisləri oktyabrın 14-də Şimali Koreya hərbçilərinin sərhəddə yolları partlatmağa hazırlaşdığını bildirmişdi. Bundan bir qədər əvvəl KXDR Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağladığını və sərhədi “qalaya” çevirməyi planlaşdırdığını açıqlamışdı.
//Samir Qurbanov, Editor.az