AZ

“Qərb istədiyini ala bilməyəcəyi halda..." - ŞƏRH EDİLDİ

“Gürcüstan dost və qonşu ölkədir, təbii olaraq orada baş verənlər bizim tərəfimizdən də diqqətlə izlənilir. Gözlənilən Parlament seçkiləri isə bir tərəfdən Qərbin aktiv müdaxiləsi fonunda, ikinci tərəfdən isə seçkilərin nəticələrinin bu və ya digər şəkildə bizə də təsirsiz ötüşməyəcəyi baxımından ikiqat maraq doğurur. 26 oktyabr seçkiləri yaxınlaşdıqca Gürcüstana ABŞ başda olmaqla, Qərbin təzyiqlərinin artdığı ortadadır. “Xarici agentlər” haqqında qanunun qəbul olunması bəhanəsi ilə başlayan təzyiq kampaniyası nəticəsində qısa dövr ərzində ayrı-ayrı dövlət və qurumlar tərəfindən Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat verilib, müxtəlif səviyyəli Qətnamələr qəbul olunub və hakimiyyət təmsilçilərinə qarşı sanksiyaların sayı da hər keçən gün armaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Qərb dairələrinin Gürcüstana ayrılam maliyyə yardımını dayandırmasını, müxalif quruplara və QHT-ə dəstəyin verildiyini də əlavə etdikdə deyə bilərik ki, seçkilər ərəfəsində Gürcüstanda siyasi durum olduqca qarışıqdır: “Məsələ burasındadır ki, dövlətlərin daxili işlərinə qarışılmasının yolverilməzliyi beynəlxaq hüququn vacib prinsiplərindən biri olmasına baxmayaraq Qərb Gürcüstanın daxili yurisdiksiyasında olan bir çox məsələlərə, o cümlədən vətəndaşların sərbəst iradə ifadəsini realizə edə biləcəyi situasiyaya açıq formada müdaxilə etməkdədir. Qərb bütün imkanları ilə Ermənistanda olduğu kimi Gürcüstanda da sözə baxan, özündən asılı, müti bir hakimiyyətin olmasına çalışır. Çünki yalnız bu yolla Gürcüstanı Rusiyanın təsir dairəsindən çıxararaq öz təsir dairəsinə sala biləcəyini düşünür. Başqa sözlə desək, ABŞ başda olmaqla, bu ölkənin çətiri altında fəaliyyət göstərən ayrı-ayrı təşkilat və beynəlxaq qurumlar Gürcstandakı istər siyasi, istərsə də sosial cəhətdən mövcud vəziyyəti özlərinin imperialist maraqları naminə fürsətə çevirməyə çalışırlar.Bütün təzyiqlərə, Gürcüstan daxilində kütləvi aksiyalara dəstək verməsinə baxmayaraq “xarici agentlər haqqında” qanunun qəbuluna mane ola bilməyən və faktiki olaraq uduzan Qərb heç bir şəkildə bununla barışmaq istəmədiyini açıq şəkildə ortaya qoyur. Bir-birinin ardınca beynəlxaq qurumlar tərəfindən Gürcüstan əleyhinə qəbul olunan Qətnamələr də bunun bariz sübutudur.Göründüyü kimi vəziyyət gərgindir və təbii ki, belə bir situasiyada seçkilərin nəticələri ilə bağlı dəqiq proqnozlar vermək çtindir. Son sorğular onu göstərir ki, indiki halda seçicilərin təqribən 59 faizi hakim partiyanı dəstəkləyir. Amma problem ondadır ki, uzun illər ərzində Gürcüstanda möhkəmlənmiş Qərb institutlarının da ölkəni qarışdırmaq və xaosa sürükləmək üçün kifayət qədər imkanları var. Biz bunu birbaşa Qərbdən maliyyələşən 25 mindən artıq vətəndaş cəmiyyəti institutu təmsilçilərinin timsalında gördük. Xatırlayırsınızsa yuxarıda da qeyd etdiyim xarici agentlər haqqında qanunun qəbulu ərərfəsində çox qısa bir zaman ərzində həmin təsisatlar on minlərlə insanı küçələrə çıxarmağa müvəffəq olmuşdular. İndi isə daha hazırlıqlı, daha çox təşkilatlanmış bir qüvvə var. Yəni başqa sözlə Qərb Gürcüstanda keçiriləcək seçkilərdə istədiyini ala bilməyəcəyi halda ölkədə qarşıdurma yaratmaqdan da çəkinməyəcək. Elə Gürcüstan parlamentinin sədri də bu günlərdə verdiyi açıqlamada xaricdən maliyyələşən QHT-lərin seçki gününə deyil, seçkidən sonrakı günə hazırlaşdığını deməklə Qərbin planlarının əslində nədən ibarət olduğunu ifadə etmiş oldu”.

Müəllif: Səbinə Hüseynli

Seçilən
44
41
sesqazeti.az

10Mənbələr