AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - hadisələrlə zəngin gündür. Enerjili və aktiv davranmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və dəstək istəyir, diqqət və qayğı tələb edirlər.

Buğa - maliyyə öhdəlikləri götürməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Çətin işlərə başlamaqdan çəkinməyin. Həmin işdə uğur qazanacaqsınız. Gərəkli nəticəni düşündüyünüz vaxtdan da tez, sürətlə əldə edə biləcəksiniz.

Əkizlər - asan olmayan, amma maraqlı və yaddaqalan zamandır. Təşəxxüslü olmayın və etiraf edin ki, hələ bilmədiyiniz, öyrənməyiniz gərəkən çox nəsnə var. Sizə yaxşı məsləhət verəcək adam xoşlamadığınız şəxs də ola bilər. Fərdlərə yox, sözlərə və niyyətlərə fikir verin.

Xərçəng - asan qələbələr və sürətli irəliləyişin olacağını düşünməyin. Məqsədinizə
nail ola bilərsiniz, amma ciddi səy göstərməlisiniz. Planda tutduğunuz tədbiri unutmayın. Önəmli şəxslərlə görüşdə məntiqli davranın.

Şir - təxribatlara uymayın. Sizi təbdən çıxarmağa, sinirləndirməyə çalışacaqlar. Təmkinli olun, soyuqqanlı davranın. Sizdən öz maraqları üçün istifadə etməyə çalışan insanın hiyləgərliyinə aldanmayın. Yaşlı nəsil mənsubları ilə münasibətlər gərginləşəcək. Onlar fikirlərinizi anlamırlar, mövqeyinizi qəbul etmirlər.

Qız - hadisələrlə zəngin, intensiv gündür. Müsbət təmayüllərin təsiri az deyil. Hədəfə çatmaq üçün alternativ yollar görünür. Çoxdan bəri maraqlandığınız insanda özünüzə rəğbət oyatmaq şanslarınız var. İmici yeniləyin. Orijinal, ekstravaqant vasitələrlə problemləri həll etmək olar.

Tərəzi - qarışıq, laübəli gündür. Bədxahlardan birinin səbrlə hazırladığı məkrli planın, təcrübəli manipulyatorun fitnəsinin qurbanı olmayın. Ətrafınızdakı insanların məsləhətləri ilə müqayisədə öz məntiqinizə güvənin. Tələyə düşsəniz, qurtulmaq asan olmayacaq.

Əqrəb - düşərli zamandır və şəraitdən yararlanın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün inamla irəliləyin. Yeni nə isə öyrənmək, faydalı təcrübəni əxz etmək şanslarını dəyərləndirin. Müxtəlif mənbələrdən faydalı məlumatlar əldə edə bilərsiniz. Fəqət bu informasiyaların dürüstlüyünü yoxlamaq ən önəmli məsələdir.

Oxatan - sakit, rəvan zamandır. Günün ilk yarısında məhsuldar çalışmaq olar. Əvvəllər başladığınız işləri başa vurun. Həftənin ilk günlərindən etibarən sizi narahat edən məsələnin çözülməsi üçün zaman limiti bitməkdədir. Dostlarla görüşün. Qüvvənizini bərpa edin, səhhətinizin qeydinə qalın.

Oğlaq - çox mürəkkəb zamandır. Mühüm qərar qəbul etməli olacaqsınız. Belə qərara mənəvi baxımdan hazır olmasanız da, yaxın ətrafınızdakı insanların maddi rifahı və təhlükəsizliyinin təminatı üçün addım atmalısınız. Situasiya ağırlaşır. Nə qədər çalışsanız da, problemlərin sayı azalmayacaq.

Dolça - günün ilk yarısı uğurlu olsa da, ciddi iş və ya genişmiqyaslı layihə planlaşdırmayın. Sadəcə, hadisələrin axarı ilə hərəkət edin. Belə olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çatmaqla yanaşı, niyyətlərinizi gerçəkləşdirə bilərsiniz.

Balıqlar - günün ilk yarısında ciddi problemlər yaranarsa, təlaşa düşməyin. Mənfi təmayüllərin təsiri güclü olsa da, bu situasiya uzun çəkməyəcək. Bir sıra məqamların uğurlu təsadüfi qarşınıza qoyduğunuz məqsədlərə daha sürətlə və effektiv şəkildə çatmağa imkan verəcək. Əməkdaşlıq üçün yaxşı zamandır.

Milli.Az

Seçilən
93
50
mia.az

10Mənbələr