ABŞ-ın Strateji Komandanlığı (STRATCOM) “Global Thunder 25” adlı nüvə hazırlığı təlimi keçirməyə başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə STRATCOM-un bəyanatında deyilir.
Təlim nüvə qüvvələrinin hazırlığını artırmaq, təhlükəsiz və effektiv strateji çəkindirməni təmin etmək məqsədi daşıyır.
Qeyd olunur ki, manevrlərdə əsas müttəfiqlər və NATO tərəfdaşları, o cümlədən Böyük Britaniyadan olan hərbi qulluqçular da iştirak edir./axar.az/