ABŞ-nin Strateji Komandanlığı (STRATCOM) "Global Thunder 25" adlı illik nüvə hazırlığı təliminə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə STRATCOM-un məlumatında deyilir.
"Təlimlərin məqsədi nüvə qüvvələrinin hazırlığının artırılması və təhlükəsiz, etibarlı və effektiv strateji çəkindirmənin təmin edilməsidir", - komandanlıq qeyd edib.
Manevrlərdə əsas müttəfiqlər və NATO tərəfdaşları, o cümlədən Böyük Britaniyadan hərbçilər iştirak edir.
Təlimlərin heç bir ölkəyə qarşı yönəlmədiyi qeyd olunub.