Gürcüstanın qeyri-hökumət təşkilatları oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi mitinq keçirir.
Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcüstan Avropa İttifaqını seçir” şüarı ilə keçirilən nümayişdə iştirak edir.
Mitinqi “Gürcüstanın Avropa Orbiti” QHT və “Mənim səsim Aİ-də” koalisiyası təşkil edib.
Bildirilir ki, şəhərə ümumilikdə beş etirazçı qrupu toplaşıb, daha sonra onlar mərkəzi meydana keçiblər.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.
"Cebheinfo.az"