Tbilisidə müxalifət, qeyri-hökumət, eləcə də vətəndaş cəmiyyəti təşkilatları parlament seçkilərinə 6 gün qalmış"Gürcüstan Avropa İttifaqını seçir" adlı mitinq keçirir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları Gürcüstanın və Aİ-nin himnini səsləndiriblər.
Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətin mitinqində iştirak edir.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun