"Ukraynada rus dilinin qadağan edilməsi və onun NATO-ya daxil olması ideyası qəbuledilməzdir".
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib.
“Vəziyyət ondan ibarətdir ki, Ukraynanın rusdilli əhalisinin hüquqları ayaqlar altına alınıb. Kiyevdə rus dilində hər hansı mədəni fəaliyyətin dayandırılması ilə bağlı ayrıca qaydalar çıxarılıb. Rus dilində təhsili, Rusiyada yerləşən və Ukraynada fəaliyyət göstərən medianı, rus dilində fəaliyyət göstərən Ukrayna KİV-lərini qadağan edən qanunlar qəbul edilib. Bu eləcə də Kiyevin və Qərbin Ukraynanı NATO-ya üzv etmək niyyəti yer üzündə qəbuledilməz bir reallıqdır”, - Lavrov bildirib.
"Bütün bunlar aradan qaldırılmalıdır", - Rusiya XİN rəhbəri vurğulayıb.
Firuzə Əliyeva