AZ

Qərb Ukraynada bunu heç vaxt dilə gətirməyib - Lavrov

BMT Nizamnaməsi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, BMT-nin bütün üzvlərindən insan hüquqlarına hörmət etməyi tələb edir. Hər künc-bucaqda və hər hansı səbəbdən “insan haqları çempionu” olduğunu qışqıran Qərb Ukrayna böhranında bunu heç vaxt dilə gətirməyib.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov bildirib.

Lavrov qeyd edib ki, Ukraynada son 10 ildə rus dilinin istənilən sahədə, təhsildə, mediada, mədəniyyətdə və gündəlik həyatda istifadəsini qadağan edən qanunlar qəbul edilib.

O vurğulayıb ki, bu cür qanunlar BMT Nizamnaməsini kobud şəkildə pozur.

Seçilən
26
5
axar.az

6Mənbələr