Aparıcı qlobal banklardan biri olan Citi qızıl və gümüşün qiymətləri üzrə proqnozlarını artırıb.
Marja.az xəbər verir ki, "Citi Research" qızıl qiymətləri ilə bağlı üç aylıq proqnozunu yüksəldib. Təşkilat buna ABŞ əmək bazarında mümkün pisləşmə, FED-in faiz dərəcələrini azaltmasını, fiziki və ETF alışlarını əsas gətirib.
Citi qızılın üç aylıq qiymət proqnozunu 2700 dollar/unsiyadan 2800 dollar/unsiyaya yüksəldib, 6-12 aylıq proqnozunu isə 3000 dollar olaraq açıqlayıb. Digər tərəfdən, gümüşün qiyməti ilə bağlı 6-12 aylıq proqnozunu bir unsiya üçün 38 dollardan 40 dollara yüksəldib.
"Qızıl və gümüş çox yaxşı performans göstərib. Yaxın Şərqdə gərginlik ilə əlaqədar olaraq neftin qiymətinin qalxması ssenarisində qızıl da bahalaşa bilər", - "Citi Research" qeyd edib.
Citi, platin üçün üç aylıq qiymət hədəfini unsiya üçün 1025 dollar və 6-12 aylıq hədəfini unsiya üçün 1100 dollar olaraq təyin edərək, neytral "öküz" mövqeyini qoruduğunu bildirib.
Bakı vaxtı ilə saat 12:56-da qlobal birjalarda qızıl 1736 dollardan ticarət olunub.