AZ

Kazanda sülhə doğru daha bir addım: “Tez bir zamanda...”

Tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.

Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Maraqlıdır, bu ilin sonunda və gəlin ilin əvvəlində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması gözlənilir? Doğurdanmı, hər iki ölkə sülhə bu qədər yaxındır? Belə hesab etmək olarmı ki, Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum sazişin imzalanmasından sonra keçiriləcək?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, bu, yalnız çərçivə sazişi ola bilər.

“Kazanda BRİCS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüş əhəmiyyətli bir görüşdür. Bu görüşdə təkcə dövlət başçıları deyil, həmçinin hər iki ölkənin XİN rəhbərləri də iştirak edib. Bu, görüşün effektivliyinə müsbət təsir edən amildir. Bu görüşdə sülh sazişi ilə bağlı bir sıra məsələlər ətraflı müzakirə olunub və prosesin tezləşdirilməsi üzrə ümumi razılığa gəlinib. Bu, sülh prosesinə öz lazımi təsirini göstərəcək. Həm Prezident İlham Əliyev, həm də Baş nazir Nikol Paşinyan sülh və dövlətlərarası münasibətlərin qurulması istiqamətində birgə fəaliyyətin intensivləşməsi üçün XİN rəhbərlərinə öz tapşırıqlarını verib. Hesab edirəm ki, Kazandakı ikitərəfli görüşün müsbət nəticələri olacaq. Amma bu görüşdən sonra tez bir zamanda sülh sazişinin imzalanması inandırıcı görünmür. Əlbəttə ki, söhbət dayanıqlı və hərtərfli sülh sazişindən gedir. Yekun sazişinin imzalanması üçün Azərbaycanın şərti bəllidir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar ləğv olunmalıdır. Yəni, Ermənistan referenduma getməlidir. Bu ilin sonunda və ya gəlin əvvəlində Azərbaycanla Ermənistan arasında hər hansı sənəd imzalanacaqsa, bu, müəyyən məsələlər üzrə razılaşdırılmış çərçivə sazişi olacaq. Bu saziş imzalandıqdan sonra yekun sülh sazişinin imzalanması istiqamətində addımlar atıla bilər”.

Seçilən
20
17
cebheinfo.az

10Mənbələr