AZ

“Sabah” – “Neftçi” oyununa doğru: statistika nə deyir?

“Sabah” Azərbaycan Premyer Liqasının XI turunda bu gün “Nefti”ni qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq oyuna saat 17:00-da start veriləcək.

“Sabah” 10 turdan sonra 16 xalla turnir cədvəlində 5-ci sıradadır. Ötən tur mövsümdə ilk qələbəsini qazanan “Neftçi” isə 8 xalla 8-ci pilləni tutub.

“Sabah” üç oyundur, qələbə qazana bilmir. Krunoslav Renduliçin yetirmələri “Qarabağ”a məğlubiyyətdən (2:3) sonra “Zirə” və “Araz-Naxçıvan”la heç-heçə edib. “Bayquşlar” adıçəkilən rəqiblərinin bu turda xal itirməsiylə onlara yaxınlaşmaq üçün şans əldə edib. Komanda “Neftçi”ni məğlub edə bilsə, xallarını 19-a çatdıracaq və 4-cü pilləyə qalxacaq.

“Neftçi” isə çətin dönəmini arxada qoymaq istəyir. Baş məşqçi postuna Samir Abasovun gəlişindən sonra ilk oyunda qələbə həsrətini bitirən “ağ-qaralar” yuxarılara qalxmaq üçün hər oyunda mütləq qələbə qazanmalıdır. Paytaxt təmsilçisi üçüncü sıradakı “Araz-Naxçıvan”dan 13 xal geridədir və xalın artmaması üçün hər matçdan xallar qazanmalıdır.

“Sabah” bu mövsüm ev oyunlarında qeyri-stabil nəticələrlə yadda qalır. Renduliçin yetirmələri Masazırda 5 oyunda cəmi 1 qələbə qazanıb. 3 oyun heç-heçə başa çatıb, 1 oyunda isə komanda xalsız qalıb. “Neftçi” isə bu mövsüm 6 səfər oyununda hələ qələbə qazana bilməyib.

Komandalar arasındakı son 5 oyunun 3-də “Sabah” qələbə qazanıb. İki görüş isə bərabərliklə başa çatıb. “Neftçi” sonuncu dəfə 2022-ci ilin fevralında Masazırda “Sabah”a qalib gəlib.

Kamil Əhməd

Seçilən
96
21
futbolpress.az

10Mənbələr