“Dövlət büdcəsi hər bir Ermənistan vətəndaşı üçün böyük bir ailə büdcəsidir”.
Bu sözlər Ermənstan parlamentində dövlət büdcəsi haqqında qanun layihəsinin ilkin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan tərəfindən səslənib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın bu sözlərinə yerli politoloq Karen Köçəryan istehzalı şəkildə münasibət bildirib.
“Paşinyanın dediyi “ailə büdcəsi” çox qeyri-bərabər şəkildə bölüşdürülür. Anna Akopyan on minlərlə çanta (dollar) saxlayır, lakin on minlərlə erməni qadını hər dəqiqə gündəlik çörək haqqında düşünür, dövlət satınalmalarının “aslan payı” bir mənbədən həyata keçirilir, 2020-21-ci illərdə 0 pul və əmlak bəyan edən millət vəkilləri, xüsusilə onların qohumları bu gün artıq astronomik məbləğlər və daşınmaz əmlaka malikdirlər. Maraqlıdır, niyə “ailə büdcəsi” ailə üzvləri arasında bu qədər qeyri-bərabər şəkildə bölüşdürülür?", - deyə Köçəryan qeyd edib.
Musavat.com