AZ

Pərviz Qafarlının rəhbərlik etdiyi "Toyota Bakı Mərkəzi" cərimələndi - QƏRAR

Xətai Rayon Məhkəməsində "Toyota-Bakı Mərkəzi" MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilmiş cərimə protokolu üzrə qərardan verilən müraciətə baxılıb.


Pravda.az-ın xəbərinə görə, hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, MMC-yə inzibati tənbeh tətbiq edilib.


Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.


Qeyd: MMC-nin qanuni təmsilçisi Qafarlı Pərviz Mahmud oğludur.

 

Kamal Məmmədov 

Tarix: 30 Oktyabr 2024, 09:41   
Seçilən
59
5
pravda.az

10Mənbələr