Xətai Rayon Məhkəməsində “Toyota-Bakı Mərkəzi” MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilmiş cərimə protokolu üzrə qərardan verilən müraciətə baxılıb.
XALQ.AZ məlumat verir ki, hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, MMC-yə inzibati tənbeh tətbiq edilib.
Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Qeyd: MMC-nin qanuni təmsilçisi Qafarlı Pərviz Mahmud oğludur.