AZ

Azərbaycanda məşhur şirkət rəhbərinə qadağa - 1.5 milyonluq ...

"Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğlunun ölkədən çıxışına qadağa qoyulur.

Ucnoqta.az Pravda.az-a istinadən xəbər verir ki, V.Sərdarovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

Mahiyyəti xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat olan iş hakim Kənan Hüseynovun icraatındadır.

Qeyd: "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin 1 445 476 manat vergi borcu var. MMC Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir. 

Seçilən
15
3
ucnoqta.az

6Mənbələr