AZ

1.5 milyonluq mübahisə - "Veysəloğlu-Yaycılı Qardaşlar"ın rəhbərinin ölkədən çıxışına "stop" qoyulması ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlandı

"Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edinin müraciətinə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə noyabrın 14-də baxılacaq.

 

İşin mahiyyəti xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.

 

Qeyd: "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin 1 445 476 manat vergi borcu var. MMC Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir. 

 

Xəyal Quliyev

Tarix: 8 Noyabr 2024, 09:53   
Seçilən
7
3
pravda.az

6Mənbələr