"Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edinin müraciətinə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə noyabrın 14-də baxılacaq.
İşin mahiyyəti xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.
Qeyd: "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin 1 445 476 manat vergi borcu var. MMC Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir.
Xəyal Quliyev