AZ

Zəncanlı tibb bacıları etiraz aksiyası keçirdilər-Bir nəfər həbs edildi

Zəncanlı

Bu gün səhər saatlarında Güney Azərbaycanın Zəncan şəhərinin tibb baxıları etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə "İlna" məlumat yayıb.

Onlar iş saatlarının çox olduğuna, bunun qarşılığında ödəniş edilmədiyinə etiraz ediblər.

"Ayda 150 saat çox işləməyimiz qarşılığında qanunla nəzərdə tutulan əmək haqqı ödənilmir, iş şərayitimiz dözülməzdir",- narazı tibb bacıları bildiriblər.

Alsiya zamanı polis qüvvələri tibb işçisi Məhərrəm Əli Ramazinini həbs edərək naməlum yerə aparıblar.

Qeyd edək ki, bundan əvvəl avqust ayında İranın 37 şəhərinin 60 xəstəxanasının minlərlə tibb bacısı etiraz aksiyaları keçiriblər.

Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər.

Seçilən
36
1
xalqcebhesi.az

2Mənbələr