AZ

Urmuda tibb bacıları etiraz aksiyası keçirdilər

Güney Azərbaycanın Urmu şəhərinin "Xomeyni" xəstəxanasının tibb bacıları etiraz aksiyası keçiriblər.

Bu barədə "İlna" məlumat yayıb.

Onlar iş saatlarının çox olmasına, bunun qarşılığında ödəniş edilmədiyinə etiraz ediblər.

"Ayda 150 saat çox işləməyimiz qarşılığında qanunla nəzərdə tutulan əmək haqqı ödənilmir, iş şəraitimiz dözülməzdir",- narazı tibb bacıları bildiriblər.

Qeyd edək ki, bundan əvvəl avqust ayında İranın 37 şəhərinin 60 xəstəxanasının minlərlə tibb bacısı etiraz aksiyaları keçiriblər.

Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər.

visiontv.az



Seçilən
6
1
visiontv.az

2Mənbələr