NATO-nun baş katibi Mark Rutte prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ-la işləməyə davam edəcəyini bildirib. AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.Rutte həm Kamala Harris, həm də Donald Trampla işləməyə hazır olduğunu bildirib. O, NATO-nun birliyi qorumağa çalışacağını bildirib. “Buna heç bir şübhə yoxdur, çünki bu, bizim ümumi maraqlarımıza uyğundur”, - deyə Rutte əlavə edib. Şimali Atlantika Alyansının baş katibi qeyd edib ki, Birləşmiş Ştatlar keçmişin səhvlərini təkrarlamayacaq və Avropanı tərk etməyəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta