AZ

NATO Baş katibindən Harris-Tramp açıqlaması

NATO Baş katibi Mark Rutte prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ-la əməkdaşlığı davam etdirəcəyini bildirib.

 

Bu barədə "RİA Novosti" məlumat yayıb.

 

Rutte həm Harris, həm də Trampla işləməyə hazır olduğunu qeyd edib.

 

O, NATO-nun Alyansın birliyini qorumağa çalışacağını vurğulayıb: "Bu, bizim ümumi maraqlarımıza uyğun olduğundan, buna heç bir şübhə yoxdur".

 

Şimali Atlantika Alyansının Baş katibi qeyd edib ki, ABŞ keçmişin səhvlərini təkrarlamayacaq və Avropanı tərk etməyəcək.

Seçilən
19
2
senzor.az

3Mənbələr