AZ

bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı artıb

Üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2401 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Marja.az xəbər verir ki, bu, "bp Azərbaycan"ın 2024-cü ilin üçüncü rübünün yekunları üzrə Biznes əməliyyatları hesabatında bildirilir.

2023-cü ilin üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2395 nəfər, 2023-cü ilin sonunda  isə 2353 nəfər olmuşdu.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Seçilən
27
3
marja.az

4Mənbələr