AZ

Bank Avrasiya “əl dəyişdirdi”: yeni səhmdar şirkət kimindir?

Oktyabrın 30-da “Bank Avrasiya” ASC-nin səhmdarları siyahısında dəyişiklik olub. Tribunainfo.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, bankın nizamnamə kapitalının 37.5 faiz hissəsinə malik “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə satılıb.
Eyni zamanda, bankın digər səhmdarı – “PMD Group” MMC-nin nizamnamə kapitalındakı 37.5 faiz iştirak payının 12 faizi “Top Properties” MMC-yə, 24.5 faizi artıq 25 hissəyə sahib olan “Azbizneskom” MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb.
Bununla da bankın nizamnamə kapitalının 49.5 faizinə “Top Properties” MMC, 49.5 faizinə “Azbizneskom” MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.
Xatırladaq ki, “Bank Avrasiya” ASC 2007-ci ildən fəaliyyət göstərir.
Tribunainfo.az məsələ ilə bağlı araşdırma apararaq, “Top Properties” MMC kimə məxsus olmasını dəqiqləşdirməyə çalışıb. Açıq mənbələrdə qeyd edilir ki, “Top Properties” MMC 29 yanvar 2020-ci ildə 24 milyon 62 min 310 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Vasif Əfi oğlu Məcnunovdur. “Top Texnoloci” MMC və “Modern Texnoloci & İnvestments” MMC-nin birləşməsindən yaranan şirkət, elə həmin il keçmiş
deputatı və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC-ni də özünə birləşdirib.
Lakin açıq mənbələrdən belə görünür ki, 2020-ci ilin yayında “Top Properties” MMC PAŞA HOLDİNG-in nəzarətinə keçib. Yeni şirkətə isə Araz Ağayev rəhbərlik edir. A.Ağayev Paşa Holding-də rəhbər şəxslərdən biri kimi tanınır.

Seçilən
45
4
tribunainfo.az

5Mənbələr