AZ

Bank Avrasiya “əl dəyişdirdi”: yeni səhmdar şirkət kimindir?

Oktyabrın 30-da Bank Avrasiya ASC-nin səhmdarları siyahısında dəyişiklik olub.
BUTA.TV Tribunainfo.az-a istinadla xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, bankın nizamnamə kapitalının 37.5 faiz hissəsinə malik YevroStandart MMC-nin payı Top Properties MMC-yə satılıb. Eyni zamanda, bankın digər səhmdarı – PMD Group MMC-nin nizamnamə kapitalındakı 37.5 faiz iştirak payının 12 faizi Top Properties MMC-yə, 24.5 faizi artıq 25 hissəyə sahib olan Azbizneskom MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb. Bununla da bankın nizamnamə kapitalının 49.5 faizinə Top Properties MMC, 49.5 faizinə Azbizneskom MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir. Bank Avrasiya ASC 2007-ci ildən fəaliyyət göstərir. Açıq mənbələrdə qeyd edilir ki, Top Properties MMC 29 yanvar 2020-ci ildə 24 milyon 62 min 310 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Vasif Əfi oğlu Məcnunovdur. Top Texnoloci MMC və “Modern Texnoloci & İnvestments” MMC-nin birləşməsindən yaranan şirkət, elə həmin il keçmiş deputatı və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun şirkəti kimi tanınan Bakı-XXI Əsr MMC-ni də özünə birləşdirib.

Lakin açıq mənbələrdən belə görünür ki, 2020-ci ilin yayında Top Properties MMC PAŞA HOLDİNG-in nəzarətinə keçib. Yeni şirkətə isə Araz Ağayev rəhbərlik edir. A.Ağayev Paşa Holding-də rəhbər şəxslərdən biri kimi tanınır.

Seçilən
18
4
buta.tv

5Mənbələr