AZ

BP-nin Azərbaycan vətəndaşı olan işçilərinin sayı artıb

2024-cü ilin sentyabrında BP-nin Azərbaycan vətəndaşı olan işçilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% artaraq  2401 nəfər təşkil edib.  Bu barədə BP-Azərbaycanın yayımladığı hesabatda bildirilib. 

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

2023-cü ilin üçüncü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
 
N.Təbrizli


www.anews.az
Seçilən
35
4
anews.az

5Mənbələr