AZ

BP-də çalışan azərbaycanlıların sayı açıqlanıb

Bu il üçüncü rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2401 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Bu barədə Fins.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Qeyd olunub ki, BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Fuad Mədətov
Fins.az

Seçilən
21
4
fins.az

5Mənbələr