AZ

Təhsil işçiləri üçün kartları nə vəd edir?

"Təhsil işçiləri üçün xüsusi kartlar hazırlanır. Təhsil kartı hazırda 250 min tələbə üçün hazırlanan vahid tələbə kartının bir növ orta məktəb ekvalenti rolunu oynayacaq".

Bu barədə Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, hələ rəsmi olaraq xüsusi təhsil kartının mahiyyətində hansı güzəştlərin, endirimlərin, imtiyazların olacağı haqqında məlumat verilməyib: 

"Rəsmi məlumat olmadığı təqdirdə hər hansı güzəştlərin olduğunu demək çətindir. Amma dünya təcrübəsində belə bir qayda var ki, bu tipli paketlərin, kartların müəyyən bir donorlarla razılaşma mexanizmləri olur. Məsələn, kartlarla bağlı sorğular göndərilir, müəyyən müqavilələr imzalanır. Həmin müqavilələri imzalayan obyektlər xüsusi təhsil kartı siyahısına daxil edilir. Onlarda tətbiq edilən güzəştlərdən kart sahibləri yararlana bilir. Burada kart sahibi müəllim, yaxud məktəbin istəlinən texniki işçisi ola bilər".
 


Ekspert hesab edir ki, kartın güzəşt paketini təsdiq edilən obyektlərin adları yaxın zamanlarda açıqlanacaq:

"Burada mexanizm elədir ki, endirim və güzəçtlər paketinə qoşulan obyektlərin sayı standart deyil. Onlar getdikcə arta da bilər. Birinci ili kart 10 yerdə keçərlidirsə, getdikcə layihə rəhbərinin xüsusi müdaxiləsindən sonra genişləndirilir və kartı dəstəkləyən, onu özünün küzəşt paketini ttbiq edən qurumların sayı da arta bilir. Amma bu ümumilikdə 4-5 istiqamətdən o yana keçmir".

Elmin Nurinin fikirincə, burada əsasən mədəni obyektlər rol oynayır:

"Bu sərgi salonları, kino, teatr, muzeyləri ziyarət zamanı endirimli istifadə ola bilir. Geyim mağazaları da ola bilər. Baxır hansı mağazalar buna razılıq verəcək. Restoranlar da şəbəkəsi və nəqliyyat sistemində də ola bilər. Bizə də maraqlıdır ki, bu paketi təsdiqləyən qurumların sayı nə qədər və keyfiyyəti necə olacaq. Vahid tələbə kartı ilə bağlı dəqiq bilmirik ki, onu dəstələyən neçə qurum var və onların endirimləri neçə faizdir".

Bahar Rüstəmli
Seçilən
37
6
qaynarinfo.az

4Mənbələr