Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejiminə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı daxil olmuş 21 müraciətin qiymətləndirilməsini başa çatdırıb.
İqtisadiyyat.az AMB-yə istinadən xəbər verir ki, müraciətlər sırasından 4 innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində məhdud şərtlərlə sınaqdan keçirilmə imkanı qazanıb.
Bunlar, "PashaPay" MMC-nin təqdim etdiyi “Kripto birja cüzdanına köçürmələr” məhsulu, "Unicapital İnvestisiya Şirkəti" ASC-nin təqdim etdiyi “Kriptobroker” məhsulu, "Svort" MMC-nin təqdim etdiyi “Kripto platforma” məhsulu və "Mobile Payment Solutions" MMC-nin təqdim etdiyi “PortCoin kriptovalyutası” məhsuludur.
Bu məhsulların məhdud çərçivədə və AMB-nin nəzarəti altında 6 ay ərzində sınaqdan keçirilməsi nəzərdə tutulub.