AZ

AMB xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək innovativ məhsulları müəyyən edib

Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejiminə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı daxil olmuş 21 müraciətin qiymətləndirilməsini başa çatdırıb.

"İki sahil" AMB-yə istinadən xəbər verir ki, müraciətlər sırasından 4 innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində məhdud şərtlərlə sınaqdan keçirilmə imkanı qazanıb.

Bunlar, "PashaPay" MMC-nin təqdim etdiyi “Kripto birja cüzdanına köçürmələr” məhsulu, "Unicapital İnvestisiya Şirkəti" ASC-nin təqdim etdiyi “Kriptobroker” məhsulu, "Svort" MMC-nin təqdim etdiyi “Kripto platforma” məhsulu və "Mobile Payment Solutions" MMC-nin təqdim etdiyi “PortCoin kriptovalyutası” məhsuludur.

Bu məhsulların məhdud çərçivədə və AMB-nin nəzarəti altında 6 ay ərzində sınaqdan keçirilməsi nəzərdə tutulub.

Seçilən
7
7
ikisahil.az

9Mənbələr