AZ

Zimbabve Prezidenti "ASAN xidmət"də

 
​Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
 
​Qonaq Bakıda keçirilən "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.
 
​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış  "ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
 
​Qonaq "ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını bildirib və bu konsepsiyanın ölkəsində tətbiqi ilə bağlı müvafiq quruma yerində tapşırıq verib.
 
​Həmçinin qonağa "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
 
 





Seçilən
2
4
7news.az

10Mənbələr