AZ

Braziliya nümayəndə heyəti "ASAN xidmət"də

 
​Braziliya Federativ Respublikasının dövlət xidmətlərində idarəetmə və innovasiya nazirinin müavini Adauto Modesto Juniorun rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
 
​Nazir müavini 14 noyabr 2024-cü il tarixində Bakıda "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində "ASAN xidmət”in təşkil edəcəyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdədir.
 
​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış  "ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
 
​Braziliya rəsmisi "ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və bu konsepsiyanın ölkəsində tətbiqi üçün əməkdaşlığa başlayacaqlarını bildirib.
 
​Həmçinin qonaqlara "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.
 



 

 

Seçilən
8
4
7news.az

10Mənbələr