AZ

Braziliya nümayəndə heyəti “ASAN xidmət”də -FOTOLAR

​Braziliya Federativ Respublikasının dövlət xidmətlərində idarəetmə və innovasiya nazirinin müavini Adauto Modesto Juniorun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

​Nazir müavini 14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində “ASAN xidmət”in təşkil edəcəyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdədir.

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

​Braziliya rəsmisi “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və bu konsepsiyanın ölkəsində tətbiqi üçün əməkdaşlığa başlayacaqlarını bildirib.

​Həmçinin qonaqlara “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

Seçilən
9
4
moderator.az

10Mənbələr