Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29Liderlər Sammitində iştirakı ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, dövlətbaşçısı paylaşımında qeyd edib ki, Türkiyə hazırda iqlimdəyişikliyinin mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələrarasındadır.
2053-cü ilə qədər sıfır emissiya və yaşıl inkişafa nail olmaqməqsədilə Türkiyə iqtisadiyyatının aparıcı sektorlarının tədricənyeniləndiyini bildirən Prezident Ərdoğan, hökumətin həyatakeçirdiyi İqlim dəyişikliklərinə uyğunlaşma Strategiyasına dair2024-2030-cu illəri əhatə edən Fəaliyyət Planından bəhs edib.
Türkiyədə ümumi enerji istehsalında bərpaolunan enerjininpayının 59 faizə çatdığına diqqət çəkən dövlət başçısı, ölkəsininbu göstəriciyə görə Avropada 5-ci, dünyada isə 11-ci yerdə olduğunuvurğulayıb.
“2053-cü ilə qədər əsas prioritetlərimiz: bərpaolunan enerji,enerji səmərəliliyi və nüvə enerjisidir. Türkiyənin 31 min MVt olankülək və günəş enerjisi potensialını 2035-ci ilə qədər 120 minMVt-a çatdırmağı planlaşdırırıq. Nüvə enerjisində hədəfimiz isə2050-ci il üçün 20 min MVt təşkil edir. Həmçinin növbəti altı ilərzində 100 milyon ton qaz ekvivalentində emissiyanın azaldılmasınınəzərdə tuturuq”, - deyə paylaşımda qeyd olunur.
Türkiyə Prezidenti, xanımı Əminə Ərdoğanın himayəsi altındahəyata keçirilən “Sıfır tullantı” layihəsinin əhəmiyyətinə də nəzərsalaraq, bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizəyə təkanverdiyi ifadə edilib.
“İnanıram ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) buistiqamətdə olan qlobal səyləri daha güclü və təsirli edəcək.İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəyəcək “İqlimmaliyyəsi” hədəfləri də müəyyən ediləcək. Bu uğurlu tədbirə vəsəmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrikedirəm”, - deyə Ərdoğan bildirib.