AZ

Ərdoğan COP29-la bağlı paylaşım edib

Image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 Liderlər Sammitində iştirakı ilə bağlı paylaşım edib. Türkiyə lideri paylaşımında qeyd edib ki, Türkiyə hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr arasındadır.

2053-cü ilə qədər sıfır emissiya və yaşıl inkişafa nail olmaq məqsədilə Türkiyə iqtisadiyyatının aparıcı sektorlarının tədricən yeniləndiyini bildirən Prezident Ərdoğan, hökumətin həyata keçirdiyi İqlim dəyişikliklərinə uyğunlaşma Strategiyasına dair 2024-2030-cu illəri əhatə edən Fəaliyyət Planından bəhs edib.

Türkiyədə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 59 faizə çatdığına diqqət çəkən dövlət başçısı, ölkəsinin bu göstəriciyə görə Avropada 5-ci, dünyada isə 11-ci yerdə olduğunu vurğulayıb.

Mətləb





Seçilən
10
4
baki-xeber.com

10Mənbələr