AZ

Orxan Əliyev “Kəpəz”də 50-yə çatdı

Azərbaycan Premyer Liqasının 13-cü turunun “Kəpəz” – “Sabah” görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçu “sarı-göylər”in heyətində 50-ci çempionat matçına çıxıb.

Bu oyunlarda 6 qol vuran Orxan Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl “Neftçi” ilə görüşdə dubla imza atıb.

Yeri gəlmişkən, Orxan Əliyev “Sabah”la oyunda həm qola, həm də avtoqola imza atıb. Belə ki, o, 4-cü dəqiqədə hesabı açsa da, 28 dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.

Qeyd edək ki, “Kəpəz” hazırda Premyer Liqanın turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.

Seçilən
17
12
arena.az

10Mənbələr