AZ

"Kəpəz"in hücumçusu üçün 50-ci görüş

Misli premyer-liqasının 13-cü turunda baş tutan “Kəpəz” – “Sabah” görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu “sarı-göylər”in heyətində 50-ci çempionat matçına çıxıb.

Bu oyunlarda 6 qol vuran Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl “Neftçi” ilə görüşdə dubla imza atıb. “Kəpəz” hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.

Seçilən
12
12
football-plus.az

10Mənbələr