19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) baş məşqçisi Elxan Abdullayev İslandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Təcrübəli çalışdırıcı bunları söyləyib:

"Yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Matçın əvvəlində bir neçə səhvə yol verdik və qol buraxdıq. İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfimizdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik. Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik. Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik".

Qeyd edək ki, 7-ci qrupun 1-ci turu çərçivəsində Moldovada keçirilmiş oyun yığmamızın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.