AZ

COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində tərəfdaşlığı gücləndirəcək - Nazir

Bakı. Trend:

COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ölkələriilə yaşıl enerji sahəsində tərəfdaşlığı gücləndirəcək.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının energetika naziri Pərviz ŞahbazovCOP29 çərçivəsində Mərkəzi Asiyada enerji keçidi məsələlərinə dairİnvestisiya Forumunda bildirib.

"Eyni zamanda IRENA Mərkəzi Asiyada bərpa olunan enerji üzrəsürətləndirilmiş tərəfdaşlıq təşəbbüsünə start verir ki, onun əsasməqsədi regionda yaşıl və inklüziv iqtisadi transformasiyaya nailolmaqdır. Biz əminik ki, əsas maneələri aradan qaldıraraq vəregional əməkdaşlığı gücləndirərək, bu tərəfdaşlıq Mərkəzi Asiyanınbərpa olunan enerji sahəsindəki hədəflərinə çatmasına, enerjitəhlükəsizliyinin möhkəmləndirilməsinə və qlobal iqlimməqsədlərinin yerinə yetirilməsinə əhəmiyyətli dəstək olacaq. Ümidedirik ki, bu forum və COP29 çərçivəsində aparılan müzakirələrMərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində tərəfdaşlığıgücləndirəcək, investorların və enerji şirkətlərinin marağını cəlbedəcək və birgə layihələrimizin həyata keçirilməsinisürətləndirəcək nəticələrə gətirib çıxaracaq", - deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
11
2
az.trend.az

3Mənbələr